Bakıda caz havası davam edir

 

 

   Bakı Beynəlxalq Caz Festivalı rəngarəng musiqi axşamları, məşhur ifaçıların konsertləri ilə sənətsevərlərin görüşünə gəlməyə davam edir.

   Oktyabrın 25-də festival çərçivəsində “Elektra Events Hall”da fransalı bəstəkar akkordeonçu Rişar Qalyanonun konserti olub.

   Tədbiri açan Fransanın ölkəmizdəki səfiri Orelia Buşez festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

   Rişar Qalyanonun yaradıcılığından danışan fransalı diplomat qeyd edib ki, akkordeonçunu vətənində caz sənətinin nəhəngi adlandırırlar. O, akkordeonun bütün növlərində məharətlə ifa edir.

   Sonra akkordeonçu Rişar Qalyano populyar kompozisiyalar səsləndirib. Konsertdə, həmçinin Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə “Baku Simfoniettaorkestri çıxış edib.

   Dünya şöhrətli akkordeon ifaçısı, bəstəkar Rişar Qalyano jurnalistlərə açıqlamasında Bakıdan xoş təəssüratla ayrılacağını deyib. Müxtəlif ölkələrin milli musiqilərinə qulaq asdığını diqqətə çatdıran ifaçı Azərbaycan muğamını dinləmək istədiyini bildirib. O, Bakıdakı konsertinin caz pərəstişkarlarının yaddaşında hələ uzun müddət qalacağına inamını ifadə edib.

   * * *

   Həmin gün festivalın daha bir konsertində Türkiyənin “Önder Focan ve Şalliel Broscaz qrupu çıxış edib. “Şurmusiqi klubunda keçirilən konsertdə qrup klassikmüasir caz sənətinin imkanlarını mükəmməl nümayiş etdirib. Popklassik musiqinin müxtəlif janrlarının sintezi təsiri bağışlayan kompozisiyalar tamaşaçıların ürəyincə olub.

   * * *

   Oktyabrın 26-da festivalın daha bir qonaq heyəti - İsveçrənin “Mats UpqrupuRotundacaz klubunda çıxış edib. Oktyabrın 27-də isə İsveçinBobo Stenson triosu bu məkanda caz həvəskarlarının qarşısına çıxacaq.

   * * *

   Bu aradaEuronews” telekanalında Bakı Beynəlxalq Caz Festivalı haqqında süjet yayımlanıb. Telekanalın əməkdaşı Volfanq Şpindler builki festivalın proqramının möhtəşəm olduğunu vurğulayır. Reportajda festivalın direktorlarının müsahibəsi də yer alıb. Qeyd olunur ki, festivalda fank-cazdan etno-cazadək caz musiqisinin müxtəlif növləri təqdim olunur.

   Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edir.

 

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.2.