Xalq yazıçısı Elçinin əsərləri bütün dövrlər üçün aktualdır”

 

 

   Görkəmli ədibin yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirildi

  

   Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçirildi.

   Mədəniyyət və Turizm NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən təqdimatda tanınmış elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

   Tədbir iştirakçıları əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxanada yeni istifadəyə verilən elektron kitab köşkü ilə tanış oldular. 2016-cı ildən həyata keçirilən “Açıq kitabxana” layihəsi barədə məlumat verildi.

   Təqdimat mərasimini Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq yeni nəşr barədə danışdı. Xalq yazıçısı Elçinin əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov görkəmli ədib haqqında kitab yazmağın asanlığından və çətinliyindən söz açdı:Elçinin qəhrəmanları ona görə sevilir ki, onlar real həyatdan götürülmüş obrazlardır. Yazıçının bədii irsinin janr müxtəlifliyi də onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir”.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Milli Kitabxanada keçirilən önəmli tədbirlərdən söz açdı. Bildirdi ki, bu məkanda reallaşan kitab təqdimatları xüsusi əhəmiyyətə malikdir. Bu ənənə Azərbaycanda kitabxanaçılığın inkişafına xidmət edir.

   Təqdim edilən nəşr barədə danışan nazir diqqətə çatdırdı ki, akademik Nizami Cəfərovun kitabı Azərbaycanın ədəbiyyat və mədəniyyətində görkəmli yer tutan böyük yazıçının ədəbi fəaliyyətini dolğun şəkildə əhatə edir:Elçin müəllimin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Onun əsərləri bütün dövrlər üçün aktualdır. Bu kitab bizə Elçinin ədəbi fəaliyyətini bir daha təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir. Yazıçının yaradıcılığı təkcə ədəbiyyatda deyil, teatrkino üçünbir hadisədir”.

   Xalq yazıçısının yaradıcılığının son dövrlərindən danışan nazir bildirdi ki, bu mərhələdə ədibin tamamilə yeni yanaşma və tendensiyalarının şahidi oluruq: “Təqdim olunan kitab bu yenilikləri anlamaqda oxuculara yardımçı olacaq. Hər iki müəllifi təbrik edərək diqqətə çatdırmaq istərdim ki, Elçin müəllimin yaradıcılığı uzun illər çoxsaylı tədqiqatların mövzusuna çevriləcək və bu tədqiqatlarda bu gün ərsəyə gələn kitabın da özünəməxsus yeri olacaq”.

   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu bildirdi ki, yazıçının yaradıcılığı nə qədər genişmiqyaslıdırsa, bir o qədər də çoxşaxəlidir: “Elçin yazıçıdır, ədəbiyyatşünas alimdir, publisistdir, ictimai xadimdir. Bu sahələrin hər birində nüfuz qazansa da, özünün də dəfələrlə etiraf etdiyi kimi, ilk növbədə yazıçıdır. Kitabda söhbət yazıçı Elçindən gedir demək heço mənaya gəlmir ki, ədibin yazıçılığı onun alimliyi, publisistliyiictimai xadimliyindən tamamilə təcrid olunur. Onun yaradıcılığında, yazıçı istedadında bütün sadalananların fitri bir inersiya ilə öz təbii ehtivasının şahidiyik”.

   Daha sonra xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Ədəbiyyat İnstitutunun əməkdaşı Nərgiz Cabbarlı, Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Təhsin Mütəllimov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər.

   Bildirildi ki, bir sənətkar kimi Elçinin başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, ədəbi fikrin adi həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir. Yazıçının üslubunu səciyyələndirən əlamətlər arasına ilk növbədə bu üslubun emosionallığını, ondakı analitik məzmunu, ironiyalirizmin vəhdəti qeyd olunmalıdır.

   Diqqətə çatdırıldı ki, ədəbiyyata hekayəçi kimi gəlmiş Elçin 60-70-ci illərdə bu janrın böyük ustası kimi tanınaraq sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn xətlə davam etdirib. Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxa bilib.

   Vurğulandı ki, “Altmışlardan yetmişlərə”, “Səksənlərdən doxsanlara”, “Klassikin müasirliyi” hissələrindən ibarət olan kitabda Elçinin yaradıcılığını öyrənən hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material toplanıb. Nizami Cəfərov kitabda həm ədəbiyyatçı, həm də bir tənqidçi kimi fikirlərini qeyd edir. Kitab təhlillərdən ibarət olsa da, bədii ədəbiyyat nümunəsi kimi oxunur. Çünki kitabda Elçin yaradıcılığına tam filoloji yanaşma mövcuddur.

   Daha sonra çıxış edən akademik Nizami Cəfərov tədbirin təşkilatçılarına və kitab haqqında dəyərli fikir söyləyən hər kəsə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, kitab barədə deyilənlər Elçin yaradıcılığına, onun yazıçı intellektinə verilən böyük qiymətin təcəssümüdür: “Güman etmirəm ki, bu kitabda Elçin yaradıcılığı haqqında araşdırdığım nəticələrin hamısını yaza bilmişəm. Amma hər halda müəyyən bir hissəni qeyd edə bildim. Gələn il Elçin müəllimin 75 yaşı tamam olur, o, ömrünün 50 ildən çoxunu yaradıcılığa həsr edib. Dünyanın çox az dilləri var ki, əsərləri tərcümə olunmasın. Haqqında görkəmli insanlar fikirlər səsləndiriblər. Bir maraqlı cəhət də var ki, son illər Elçinin yaradıcılığında yeni bir dövr başlayıb. O, dünya, insan problemlərini təhlil edən, fəlsəfi məzmunu daha geniş olan əsərlər yazır. Eyni zamanda o həm də böyük ədəbiyyatşünas və mütəfəkkirdir. Bütün bu məsələlər ayrıca kitabların mövzusudur ki, mənim qələmə aldığım kitabda əks olunmayıb”.

   Xalq yazıçısı Elçin kitabın ərsəyə gəlməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Vurğuladı ki, nazirlik son dövrlərdə ədəbiyyata böyük diqqət ayırır. Nəşr haqqında fikirlərini bölüşən yazıçı kitabı ədəbiyyatşünaslıqla tənqidin kəsişdiyi nöqtə adlandırdı. Bildirdi ki, burada həm ədəbiyyat, həm də ədəbi tənqid və təhlil yer alır. Buna görə də kitab Azərbaycan elminə dəyərli töhfədir.

   Sonda tədbir iştirakçıları “Xalq yazıçısı Elçin” adlı geniş kitab sərgisi ilə tanış oldular. Xalq yazıçısı sərgidə nümayiş olunan 1965-ci ildə çap edilmiş "Min gecədən biri" adlı ilk hekayələr kitabını da görməkdən məmnunluğunu ifadə etdi.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.3.