Xalçaçı-rəssamla görüş

 

 

 

   Oktyabrın 24-də Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasında Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Hacıyevlə görüş keçirilib. Görüşdə “Rossodrujestvonun Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Aleksandr Kalamin, V.Uspenski adına Daşkənd Respublika ixtisas musiqi liseyinin direktoru Dildora Camalova iştirak ediblər.

   Rəssam yaradıcılığı haqqında iştirakçılara bilgi verib, əsərlərini göstərib, şagirdlərin suallarını cavablandırıb.

 

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.6.