Beynəlxalq uşaq muğam festivalının qalibləri mükafatlandırıldı

 

 

   Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində IX Beynəlxalq Uşaq Muğam Festivalı qaliblərinin mükafatlandırma mərasimi və yekun konserti oldu.

   Ənənəvi festival Mədəniyyət və Turizm, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

   Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda muğam sənətinə göstərilən diqqət və qayğıdan danışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyəti xüsusi vurğulandı.

   Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə qeyd etdi ki, beynəlxalq festival 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Budəfəki festivala 10 ölkənin (Azərbaycan, Türkiyə, Misir, İran, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan, Türkmənistan) təmsilçiləri qatılıb.

   Festival çərçivəsində keçirilən müsabiqənin son seçim turu oktyabrın 14-də baş tutub. Bu tura qatılan iştirakçılardan 19-u finala vəsiqə qazanıb. Hər ölkəni bir mütəxəssis də təmsil ediro, eyni zamanda, beynəlxalq münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri, Xalq artisti, professor Ağasəlim Abdullayevdir.

   Sonra festival iştirakçılarının ifaları ilə konsert proqramı təqdim olundu. Onları Baba Salahov adına “Arazxalq çalğı alətləri ansamblı müşayiət edirdi. İfalar münsiflər heyəti tərəfindən qiymətləndirildi.

   Yekun konsert başa çatdıqdan sonra qaliblər elan olundu.

   Azərbaycanlı iştirakçı Zibər Zamanova baş mükafata - Qran-priyə layiq görüldü.

   Birinci mükafatı iranlı Mehrab Serbazi və özbəkistanlı Lola Xojamberdiyeva qazandı.

   İkinci yerə Azərbaycandan Nəcibə Məmmədova, Türkiyədən Şirin Muhammed ErenTacikistandan Abduqaxor Qafarov sahib oldular.

   Üçüncü yeri qazaxıstanlı Rahimjan Sayat, türkmənistanlı Kabe Şhih Bakıyev, əlcəzairli Ould Ambrouche Ghoslenetunisli Akmar Laabidi bölüşdülər.

   Qaliblərə xüsusi diplom və hədiyyələr təqdim olundu. Altı nəfər iştirakçıya isə həvəsləndirici mükafat təqdim edildi.

   Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırıldı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.8.