Fransanın “La Gazette Musicale” portalı azərbaycanlı bəstəkardan yazır

 

 

 

   Fransanın “La Gazzette Musicale” portalı (www.musicologie.org) Democrate Vernonnaisqəzeti Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi iləJiverni kamera musiqisi: İpək yolu üzərindəadlı festivalda iştirak etmiş Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədən yazıb.

   Məqalələrdə görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Vernon meriyasında səsləndirilmiş “Muğamsayağı” əsərinin musiqisevərləri heyran etdiyi bildirilib.

 

Mədəniyyət.- 2017.- 1 sentyabr.- S.3.