“XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabı işıq üzü görüb

 

 

 

   Tənqidçi-ədəbiyyatşünas, Əməkdar elm xadimi Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabı nəşr olunub.

   Kitaba daxil edilən görkəmli ədəbiyyatşünasın “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyasında poetik ədəbi irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları, məzmunun rəngarəngliyi, forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb, həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti müəyyənləşdirilib. Kitabda həmçinin Araz Dadaşzadənin müxtəlif illərdə dövri mətbuatda nəşr edilən məqalələri yer alıb.

   Nəşrin “Ön sözünün müəllifi Xalq yazıçısı Elçin, tərtibçiləri Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadədir.

   “Təhsil” nəşriyyatında çap olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

 

 

Mədəniyyət.- 2017.- 1 sentyabr.- S.11.