Məşhur opera cütlüyü Vyana səhnəsində

 

 

 

   Sentyabrın 4, 7, 10 və 13 tarixlərində Vyana Dövlət Opera Teatrında Cüzeppe VerdininTrubadur” operası nümayiş etdiriləcək.

   Səhnə əsərində Manriko obrazını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor), sentyabrın 7-də və 10-da isə Leonora obrazını onun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) ifa edəcək.

   Karyerasına İtaliyanın teatrkonsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

 

 

Mədəniyyət.- 2017.- 6 sentyabr.- S.10.