Maqomayevin 75 illiyi münasibətilə gənc ifaçıların konserti

 

 

   Sentyabrın 12-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənc ifaçıların konserti keçiriləcək. Konsert dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) 75 illik yubileyinə həsr edilib. Tədbirdə gənc vokalçılar dahiunudulmaz ifaçının repertuarından mahnılar ifa edəcəklər.

   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il 31 iyul tarixində Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 8 sentyabr.- S.2.