Şur” kompozisiyası Çində alqışlarla qarşılanıb

 

 

 

   İnstrumental ifaçılarımız daha bir festivalda uğur qazanıblar

  

   Xəbər verdiyimiz kimi, bu günlərdə əməkdar artistlər, tarzən Sahib Paşazadə nağaraçı Kamran Kərimov Özbəkistanın Səmərqənd şəhərində keçirilənŞərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında ölkəmizi uğurla təmsil edərək müsabiqənin baş mükafatını qazanıblar.  

   Onların möhtəşəm çıxışından sonra festivalın münsiflər heyətinin üzvü, Çin bəstəkarı dirijoru Liu Shun musiqiçilərimizi 7-16 sentyabr tarixində ölkəsində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalına dəvət edib. Festivalın bədii rəhbəri olan Liu Shun azərbaycanlı musiqiçilərdən Səmərqənddə ifa etdikləriŞurkompozisiyasını təqdim etməyi xahiş edib.

   Şurkompozisiyası Çində alqışlarla qarşılanıb. Sahib Paşazadə Kamran Kərimov diplom mükafata layiq görülüblər. İfaçılarımız Çinin Sian, Sianyan Cencen şəhərlərində ayrıca konsert proqramı ilə çıxış ediblər. Çinli musiqisevərlər Azərbaycan musiqisini hərarətlə qarşılayıblar.

   Təmsilçilərimiz həmçinin növbəti ildə keçirilən İpək Yolu festivalı çərçivəsində ustad dərsləri keçmək və konsert proqramı ilə çıxış etmək üçün dəvət olunublar. Qeyd edək ki, İpək Yolu musiqi festivalı ilk dəfə Çinin qədim Sian şəhərində keçirilib. Builki festivalda dünyanın 30-dan artıq ölkəsindən musiqiçilər iştirak edir. Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülhdostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə təmsil olunub.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 15 sentyabr.- S.5.