TÜRKSOY-un 20-ci “Opera günləri

 

 

   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günlərisentyabrın 11-də İstanbulda başlayıb. Sayca 20-ci “Opera günləri”nin açılış konserti Taksimdəki məşhur “Grant Perasarayında keçirilib.

   Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kiprdən olan sənətçilər maraqlı ifaları ilə operasevərlərin görüşünə gəliblər. TÜRKSOY-un opera ulduzlarını Qazaxıstan və Qırğızıstan pianoçuları müşayiət edir.

   Opera artistlərinin növbəti qastrol səfəri Şimali Kiprə nəzərdə tutulub. 13 sentyabrda Girnə şəhərindəki tarixi Bellapais monastırında konsert proqramı təqdim olunacaq.

  

Mədəniyyət.- 2017.- 13 sentyabr.- S.3.