Bənzərsiz qəlb və qələm təbiətlisi -

 

    

 

   Poetik incəliklərilə tər-təbiət AĞAsı, müdrik “hərif”liklərilə el-elat QAĞAsı - Hüseyn Arif

  

   Ana təbiətlə bu şairin qəlb təbiəti arasındakı fərq: biri yaradılandı, biri yazılan.

   Rəsmi-rəyasət işlərini qətiyyən xoşlamayan, şeirlərinin birində “Bircə xahişim var, pələngi sirkdən, Hüseyni iclasdan azad eyləyin...” demiş bu təbiət şairinin “fəaliyyət portreti”ndə kargüzar-işgüzari cizgilər yalnız bunlardan ibarət: Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”də böyük redaktor, “Gənclik”də bədii ədəbiyyat redaksiyasının müdiriömrünün sonunadək Aşıqlar Birliyinin sədri.

  

   Bütün ömrü uzunu isə “Çəkilmədim otaqların küncünə, Düzlər keçən, dağlar aşan şairəm”, “Lilpar olan yerdə dolça nə lazım” kimi təbii poetik tablolar yaratmış canlı Hüseyn Arif portreti haqda sözümə buportpetin istənilən nöqtəsinə yaraşası və ovqat dolu bir şuxluq, sehranə qımışıq yaradası iki misra-ştrixlə başlayıram:

  

   Dedim, ay qız, belə olmaz,

   Dedi, yeri, şeirini yaz!..

  

   Hansısa bircuvanəzən”lə hankısa birilişici cayılarasındakı (“çıx get işivə-gücüvə!”)dialoq”una bənzər mənzərə. Amma, axı, buradakıilişkənaşiq hansısa küçə-bazarməcnun”larından yox, minlərlə gəncin oxuyub-oxuyacağı ( özlərinə örnək hesab edib-edəcəkləri) şairdir! Bu “kriminal”ın ( bu şairin digər poetikxatakar”lıqlarının) ilə nəticələndiyini bilmək istəyənlər gərək burda tən yarısının adını çəkdiyim kitablarına müraciət etsinlər: “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Torpaq eşqi”, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Ömür gözəlsə”, “Ayrı düşəli”, “Dilqəm”...

   Sözün hər ( əlbəttə, yaxşı) mənasında -

   

   Bu aşiq -

  

   Hüseyn Camal oğlu Hüseynzadə - şeirə-sənətə çox kiçik yaşlarından vurulub. Bu uşağın xətrini hədsiz dərəcə əzizləyən qonşu qarılardan biri bir gün ağlaya-ağlaya onlara gəlib həyəcanla bildirir ki, bəs, “ay Qəndab, Camalın evi yıxılıb!..Ananın qorxa-qorxauşaqlara noolub kisualına cavabında qayıdır ki: “İndicə bağın aşağı başında gördüm Söyün danışa-danışa o baş-bu başa gedib-gəler...” Ana isə gülə-gülə deyir, ay nənəsi, qorxma, sənin Söyün balan şeir yazer! Əlbəəl bütün kəndə yayılan bu xəbəri yaylaqda eşidən babası isə obaya belə bir ismarış göndərir: “Aya, Söyünə deyin bu sövdəyə düşməsin, sözün hamısın Dədə Ələsgər deyib gedib...”

   Deyilənlərə görə, Hüseyn Arifin əsl şair olmasında hər kəsiinad acığı”na doldurası bu sifarişin rolu az olmayıb.

   Ancaq, deyəsən, bu məsələdə öz istedadı digər fəhm-fərasət elementlərinə görə birinci sinifdən üçüncüyə, üçüncüdən yeddinciyə keçirilən bu uşaqda çağlamış bioloji-psixoloji qatqarlıeşq-sevgi-məhəbbətüçbucağının da dəxli olub.

   Hisslər, duyğular, hadisələr onu hər ay, hər il ayrı-ayrı dövrlərin tarix-təqvim vaxtlarından əvvəl böyüdürmüş.

   on yeddi yaşında başlanan Böyük Vətən müharibəsindən (vzvod komandiri kimi Berlinədək döyüş yolu, xeyli orden-medalla bahəm) dünyasını dəyişənədək dizində gəzdirəcəyi qəlpəqazancıilə qayıdan bütün ömrü uzunu Bəhlul Danəndəvi fəhmi, Molla Nəsrəddini hazırcavablığı ilə yaratdığı cəmiyyət diqqət-riqqəti, folklorik təb-təbiəti, bənzərsiz poetik qələmilə çəkdiyi -

  

   Təbiət portretləri...

  

   Minlərlə gözəl qiyafə-qafiyəli şeirlərindən iki-üç misal: “Məni belə süzmə, dedi, Ürəyimi üzmə, dedi”, “İsti kabab, isti fətir, Doymaq olmur, yenə gətir”, “Məndən təzə şeir xəbər alan dost, Baharın gəlməsi şeir deyilmi?”...

   Deyirlər, Hüseyn Arif, əsasən ilk baxışda vurulduğu obyekt-subyektləri qələmə alırmış. Elə həyat yoldaşını da belə birfövrən”liklə seçib; bir gün dayısı oğlugilə gedərkən təsadüfən rastlaşdığı Məleykə xanımı görən kimi vurulub heçgöz nübarlığı sovumamışelçi göndərib.

   Xatirələrdə “son dərəcə həlim ata”, “vəfalı dost”, “teatral-məzə”, tənqidçilərin təfsirindəyumşaqtəbiətli od-alovlu təbiət şairikimi yad edilən, övladlarına, xüsusən, adını özünə təxəllüs etdiyi oğluna - illərlə ailəninsonbeşik ciyərparəsi”, qəzaya düşməsiləəbədi yarəsiolmuş Arifə həsr etdiyi şeirlərində belə milli-xəlqi duyğular ədibi kimi tanınan şairdə bəşəri humanizm hissləri güclü idi. Bunun təsdiqi üçün onun neçə-neçə şeirindən nümunələr gətirməkdənsə, böyük qızının xatirələrindən kiçik parçaya diqqət edək: “Belə bir həlim atanın beşillik müharibə yolu keçməsi bizə ağlasığmaz görünürdü. Fikirləşirdik ki, qarışqa tapdamaqdan belə ehtiyatlanan bu ürəyiyumşaq adam cəbhədə neyləyirmiş, bu qədər orden-medalı necə alıb? Hərdən soruşsaq da, cavab verməz, susub gülümsəyərdi. Ancaq bir dəfə, söhbət nədən düşdüsə, qayıtdı ki, “...Qələbəyə az qalırdı, gördük bir alman zabiti atın belində bizə tərəf çapır. Çatıb dayandı çox uca səs, hirs-hikkə dolu bir nida ilə “Hitler kaput!” - dedi. Sonra tapançasını gicgahına dirəyib, çaxmağı çəkdi. Çox yaraşıqlı, gözəl oğlan idi...”

   Şairin xanımının xatirələri maraqlıdır. Şeir-sənətin hərdən bu şairə öz ailəsini beləunutdurduğunu” “vəsfedən Məleykə xanımın dediklərindən: “Bu neçə illərdə hərdən qoşalaşıb, guya harasa gedərdik. Amma fayda”? Yolun harasındasa, yenə onunatüstü yazarlığıtutar mən yaddan çıxardım. Görürdüm, Hüseyn yenə elə hey gedir, heç elə bil mən yanında yoxam. Bir görərdin yerişini tamam yeyinlədib, gözdən itdi. Axır... mən dayanıb, arxasınca (ya qarasınca) xeyli baxar, baxar, ağlaya-ağlamsına qayıdardım evə. Get-gedə onun bu xasiyyətinə öyrəşdim...”

   Onun bu xasiyyətinə ifadələri böyük birsilsilə”ni ehtiva edir. Məsələn, qızı orta məktəbi qızıl medalla başa vurur, ana həyəcanla: “Hüseyn, bax, Səhər instituta girməlidi, ha” deyir, ata isə laqeydliklə: “Səhər ordenli bir orta məktəbin (190 saylı məktəb) “qızıl medal”çısıdır, ali məktəbə özü qəbul olunacaq” - deyib, “Aşıq Alının məzarısəfərinə çıxır, həftələr-aylar axtarışıyla tapır öz vəsaiti hesabına ulu aşığımıza abidə qoydurur...

   Heç zaman bir kimsənin qarasınca danışmaz, qır-qeybətin olduğunu bilməzdi. Arif faciəmizdən sonra, hərdən, öz-özünə danışa-danışa otağına girib qapını bağlayar, çıxanda, elə bilərdin, yüz il ağlayıb. Amma özünü elə aparırdı ki, guya heç olmayıb. , ailəmizə sevinməyi, gülməyi yadırğadan o faciədən əvvəl üzləşdiyi problemlərin, haqsızlıqların ağrısını anama bildirərdi, bizə. O, bütün qayğı-duyğularını yalnız bizim birimiz, bəlkə bundan da artıq hesab etdiyipoeziya qardaş-bacısıüstünə yükləyirdi”.

   Bəli, bu şair o sayaq hisslərini yalnız şeirlərilə ovudub:

  

   Dağ sökülüb, dedilər,

   Bel bükülüb, dedilər,

   Arif ölüb, dedilər -

   Ölümə qurban olum...

  

   Yox, bu şair həm ictimai-xəlqi bir -

   

   Şənlik-şuxluq ovqatı...

  

   Yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduzmövzularınahayıf”i bir kölgə salmış bu şairinbaməzəlik portreti”, yumoristik obrazı həmişə dəbdə! Bu qəribəqağa”nın hər zaman qeyri-adi, hər an “ekspromthalətlərilə bağlı saysız-hesabsız gül-gülməcələr, heç zaman boyatımayası həyati-ünsiyyəti ( çoxusu şifahi) olaylar bütün zövq əhlinə bəlli olduğundan, bu yazıda bir-iki yazılısını meydanlamaq qəsdindəyəm. Məsələn, mötərizədəzarafatyanaqeydi ilə yazdığıGözəllərəşeirində xanımları:

  

   Kədəri yaxının üstünə atıb,

   Sevinci aparıb yada verdiniz,

   Yüzünüz bir şair yaratmadınız,

   Biriniz yüz şair bada verdiniz” -

  

   deyə qınayan bu şair “A qızlar”daməsləhət-məşvərət”indən qalmır:

  

   Siz elə kimsəylə oturub-durun,

   Könlünüz desə, yetirsin sizə,

   Sevəndə katibi sevin, a qızlar,

   Şairin nəyi var, versin sizə?..

  

   Yaxud, “zarafatetməyin mümkünsüz olduğu sovetlər dövründə belə bir antirəyasi fəlsəfə (?!):

  

   Bir həyat şairi var,

   Bir vaxt şairləri.

   El-obadan xəbərsiz,

   Saray, taxt şairləri...

  

   Hüseyn Arif, nə xəbər,

   Nə qədərmiş, nə xəbər,

   Başsız başa keçənlər -

   Xalqsız xalq şairləri!?.

   

   Və 1992-ci il, 14 sentyabr... Yada düşdükcə qəlblərə xoş ovqat, dodaqlara təbəssüm bəxş edən bu əsl xalq şairinin cismani, düz iyirmi beş il sonra isə bu yığcam yazının sonu...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 13 sentyabr.- S.13.