"Kitab sənəti” müsabiqəsinin diplomları təqdim olunub

 

 

 

   Xəbər verdiyimiz kimi, 2017-ci ilin 5-6 iyun tarixində Moskvada keçirilən MDB ölkələri XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsində Azərbaycanın təqdim etdiyi 14 kitabdan 11-i müxtəlif nominasiyalar üzrə qalib gəlmişdi.

   Sentyabrın 8-də 30-cu Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Kitab sənəti” müsabiqəsinin qalib nəşrlərinə diplomların təqdimolunma mərasimi olub. Azərbaycan kitablarının mükafatları müsabiqənin münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya təqdim edilib.

   Sektor müdiri həmçinin 7-9 sentyabr tarixində Moskvada keçirilən MDB-nin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının XXII iclasına da qatılıb və “Uşaq və gənclərin mütaliəsinin vəziyyətionun təkmilləşdirilməsi ilə bağlı tədbirlər” mövzusunda məruzə ilə çıxış edib.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Kitab sənəti” müsabiqəsinə təqdim olunan Azərbaycan kitabları ənənəvi olaraq yüksək yerlərə layiq görülür. Azərbaycan budəfəki müsabiqədə ən çox nominasiya üzrə qalib gəlmiş ölkədir.

   Müsabiqədə qalib gəlmiş kitablar barədə məlumatları diqqətinizə təqdim edirik:

   Səlim BabullaoğlununRasim Əliyev. Xatirələr” kitabı - “Qran-pri” laureatı;

   Nazirliyin nəşri olan Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabı - “Birlik” nominasiyasında II yer;

   Sevda Dadaşova, Elbəy Qasımzadə, Fazil Məmmədov. “Bakı - tarixin səhifələri” - “Mənim ölkəm” nominasiyası III yer;

   Solmaz Amanova. “İlmənin macəraları” (Azərbaycan, rusingilis dillərində) - “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə II yer;

   Nazirliyin nəşri olanAzərbaycan doğma diyar. Milli azlıqların V Respublika Festivalının materiallarıkitabı - “Mədəniyyətlərin dialoqunominasiyasında III yer;

   F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay, V.Babayev.Müasir kurort işində quru palçıq formaları” - “Elm innovasiya” III yer;

   Esmira Fuad. “XX əsr Güney Azərbaycan epik şeirikitabı - “Tədris ədəbiyyatı təhsil” III yer;

   Nazirliyin nəşri olanRəşid Behbudov. Sönməz ulduzkitabı - “Art kitab” II yer;

   Gülzar İbrahimova.Sirus Virusun macəralarıkitabı - “Birlikdə nəşr olunubnominasiyası III yer;

   Nazirliyin nəşri olanMolla Nəsrəddin lətifələrkitabı - “İllüstrasiya sənəti nominasiyası üzrə III yer;

   Nazirliyin nəşri olan Sabir Rüstəmxanlının “İki kəlmə” kitabı - “Xüsusi diploma layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.12.