Musiqi günü Berlində qeyd edilib

 

 

 

   Berlində fəaliyyət göstərən Azərbaycan-Almaniya Ziyalılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Evində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.

   Birliyin sədri Naibə Şirinova iştirakçılara Üzeyir Hacıbəylinin keçdiyi həyat yolundan, zəngin yaradıcılığından, milli musiqimizin inkişafında əvəzsiz xidmətindən danışıb. Bildirib ki, Şərqdə ilk operanın banisi olan Ü.Hacıbəyli öz yaradıcılığında Şərqlə Qərbin vəhdətini yaradıb.

   Tədbirdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında bəstəkarınSənsizSevgili cananromansları səslənib, balaca həmvətənlərimiz Ü.Hacıbəylinin felyeton miniatürlərindən hazırladıqları bədii kompozisiya cənublu soydaşların iştirakı ilə hazırlanan "O olmasın, bu olsun" musiqili komediyasından səhnəciklər göstərilib.

 

   Lalə

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.2.