Xəzər Universitetində məşhur pianoçunun ustad konserti

 

 

   Sentyabrın 21-də Xəzər UniversitetininDünyakonsert salonunda Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur pianoçu, UNESCO-nun “Sülh artistiEliso Bolkvadzenin konserti ustad dərsi oldu.

   Universitetin yaradıcısı, professor Hamlet İsaxanlı çıxış edərək qonaqları tədbir iştirakçılarını salamladı. O, dahi bəstəkarın yaradıcılığından söz açaraq bildirdi ki, Şərqdə ilk opera operettanın yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Onun bənzərsiz yaradıcılığının zirvəsi isəKoroğluoperasıdır. Bəstəkar bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri s. yaradıb. Marş, kantata, fantaziya, mahnı romanslar, kamera xor üçün əsərlər yazan Üzeyir bəyinSevgili canan”, “Sənsizromansları Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.

   Sonra Xəzər Universitetinin kamera orkestrinin (bədii rəhbər Zülfiyyə Sadıqova, dirijor Cavad Tağızadə) müşayiəti ilə Eliso Bolkvadze pianoda Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyası, “1001” gecə baletindən Şəhrizadın bayramı, Sərdar Fərəcovun “Sübh duası”, Y.Haydnın “London simfoniyası”ndan parça, Sevda Rəhimovanın “Həzin dalğalar”, D.ŞostakoviçinVals N2”, L.V.Bethovenin fortepianosimfonik orkestr üçün konsertini səsləndirdi.

   Yüksək ifa məharəti ilə yadda qalan konsert alqışlarla qarşılandı.   

 

   S.Fərəcov

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.3.