Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsinin sərgisi

 

 

 

   Bədii tikmə ustalarına sertifikatlar təqdim olunub

  

   Sentyabrın 21-də Azərbaycan Xalça MuzeyindəAzərbaycanın mədəni sərvətilayihəsi çərçivəsində kaytaq tikməsi üzrə sərgi nümayiş olunub.   

   Sentyabrın 5-dən həyata keçirilən layihə çərçivəsində Dağıstanın dargin kaytaq tikmə sənəti üzrə ustad dərsləri təşkil olunub. Dərsləri tikmə geyim üzrə bərpaçı-mütəxəssis, kolleksiyaçı, müstəqil sərgi kuratoru Raisat İsmayılova aparıb.

   Muzeyin direktoru Şirin Məlikova çıxış edərək ustad dərslərinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan rus dillərində təşkil olunan kurslarda bərpa konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər bu sahələrə aidiyyəti olan şəxslər iştirak ediblər.

   Vurğulanıb ki, Xalça Muzeyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət Turizm Nazirliyi, İCOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində keçirilən ustad dərslərinin məqsədi unudulmaqda olan xalq sənətkarlıq növlərini dirçəltmək onlara yeni həyat verməkdir. Tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq digər sənət növləri bu layihəyə daxildir.

   Bildirilib ki, sərgidə ustad dərslərinin nəticəsi olan müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi nümayiş olunur.

   Bərpaçı-mütəxəssis Raisat İsmayılovaAzərbaycanın mədəni sərvətilayihəsinin xüsusi proqram əsasında həyata keçirildiyini söyləyib. Proqramın məqsədinin bu sahə üzrə yeni kadrların hazırlanması muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılması olduğunu diqqətə çatdırıb.

   Sonda ustad dərslərində iştirak edən bədii tikmə ustalarına sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.4.