Beynəlxalq festival çərçivəsində daha bir konsert

 

 

   Bəstəkarlarımızın xor, kamera-vokal kamera-instrumental əsərləri səslənib

  

   Sentyabrın 21-də Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində klassik Azərbaycan bəstəkarlarının xor, kamera-vokal kamera-instrumental əsərlərindən ibarət konsert keçirildi.

   Üzeyir Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdən əvvəl çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə beynəlxalq festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, Bəstəkarlar İttifaqı mütəmadi olaraq Ü.Hacıbəylinin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirir, musiqişünasların iştirakı ilə məruzələr dinlənilir.

   Vurğulandı ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim kimi xüsusi yer tutur. O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı romanslar, kamera xor üçün əsərlər yazıb. Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkar öz yaradıcılığı ilə milli bəstəkarlığın yolunu, istiqamətini təyin edib, özündən sonra ardıcıllar yetişdirərək onlara örnək olub.

   Sonra konsert proqramı təqdim edildi. Azərbaycan Dövlət Televiziyası Radiosunun Cahangir Cahangirov adına xorunun ifasında Üzeyir HacıbəylininLeyli MəcnunoperasındanŞəbi-hicranxoru, C.CahangirovunXəzər”, Ü.HacıbəylininEy Vətənəsərləri səsləndi. Həmçinin Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyli, vokal ifaçısı Tural Ağasıyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, paytaxtın digər musiqi məktəblərinin kollektivlərinin ifasında Şəfiqə Axundova, Fikrət Əmirov, Süleyman Ələsgərov, Müslüm Maqomayev digər görkəmli bəstəkarların əsərləri təqdim edildi. Konsert proqramı alqışlarla qarşılandı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.5.