Bakı Musiqi Akademiyasında Rusiya fortepiano triosunun konserti

 

 

   Sentyabrın 20-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında Rusiyanın fortepiano triosu maraqlı konsert proqramı ilə çıxış etdi. Proqramda F.Şopen, F.Kreysler, J.Massne, S.Raxmaninov, A.Pyazolla digər görkəmli bəstəkarların əsərləri yüksək ustalıqla ifa olundu.

   Beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında romantizmin parlaq nümayəndəsi, görkəmli Polşa bəstəkarı pianoçusu F.ŞopeninPolonez As-durəsəri səsləndi.

   Ardınca beynəlxalq müsabiqələr laureatı Sergey Doqadin Filipp Kopaçevski J.MassneninDüşüncəəsərini təqdim etdilər. Maraqla izlənilən konsertin növbəti musiqi parçasını da (F.KreyslerÇin tamburini”, “Liebesleid”) - S.Doqadin F.Kopaçevski yüksək səviyyədə ifa etdilər.

   Növbəti əsər - A.Pyazollanın “Grand tango”su isə beynəlxalq müsabiqələr laureatı Boris Andrianov Filipp Kopaçevski səsləndirdi.

   Konsertin sonunda isə üç pianoçu dünya musiqisinin qüdrətli simalarından biri, rus bəstəkarı S.Raxmaninovun “2 saylı Elegik trio” əsərini ifa edərək zaldan gur alqışlar aldılar.

  

   Minacət Əhmədova

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.8.