“Ölkələrimiz arasında mədəni əlaqələrdə körpü rolunu oynamağa çalışırıq”

 

 

 

   Misir təmsilçiləri Azərbaycanda keçirilən festival və müsabiqələrdə uğurla iştirak edirlər”  

   Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzi ölkəmizin mədəni həyatında, birgə layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə seçilir. Mərkəzin direktoru Əhməd Sami Əl-Aydi ilə müsahibəmiz də bu barədədir.  

  

   - Əhməd bəy, Bakı ilə ilk tanışlığınız nə vaxt olub? Bildiyimiz qədər, təhsilinizin müəyyən hissəsini Bakıda almısınız...

   - Əvvəla, onu qeyd edim ki, mən Azərbaycan dilini 1998-ci ildə öyrənməyə başladım. Ayn-Şəms Universitetində ikinci dil kimi məhz Azərbaycan dilini seçmişdimo vaxtdan Azərbaycana, Bakıya marağım artıb. 2007-ci ildə Bakı Dövlət Universitetinin aspirantura pilləsində təhsil almaq üçün bura gəldim. Universitetin müasir Azərbaycan ədəbiyyatı kafedrasında təhsilimi davam etdirdim. Elə o vaxtdan da həm Azərbaycanla, həm Azərbaycan xalqı ilə yaxından tanış olmağa başladım.

  

   - Siz həmçinin bir neçə tərcümə kitablarının müəllifisiniz. Bu işdə Bakıda aldığınız təhsilin rolu olubmu?

   - Hələ Bakıya gəlməzdən əvvəl Misirdə magistr təhsili alarkənQaçaq Nəbidastanını ərəb dilinə tərcümə edib dissertasiya yazmışam bu istiqamətdə bir sıra tədqiqat işləri aparmışam. Azərbaycana gəldikdən sonra istər ədəbiyyat, istərsə söz bazası baxımından dil səviyyəmi daha da təkmilləşdirdim. Azərbaycan dilindən ərəb dilinə ərəb dilindən Azərbaycan dilinə 14 tərcümə əsərinin müəllifiyəm. Qarabağla, Xocalı faciəsi ilə bağlı tərcümələrim var.

  

   - Fəaliyyətə başlayanda yəqin ki, qarşınıza qoyduğunuz müəyyən prioritetlər var idi? Onları dərəcədə yerinə yetirmisiniz?

   - 2014-cü ilin avqust ayından həm Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, həm Misir Mədəniyyət Mərkəzinin rəhbəri kimi diplomatik nümayəndə təyin olunmuşam. Əsas məqsədim iki ölkə arasında həm təhsil, həm mədəniyyət sahəsində olan əlaqələri daha da genişləndirmək möhkəmləndirməkdir. Azərbaycan dilini bilməyim Azərbaycan mədəniyyəti ilə tanışlığım mənim işimi daha da asanlaşdırırdı. Şükür Allaha ki, bu məqsədin 90 faizini həyata keçirmişəm. Amma bununla kifayətlənməyib, daha böyük işlər görməyi planlaşdırırıq.

  

   - Ölkələrimiz arasında diplomatik mədəni əlaqələr ildən-ilə möhkəmlənir. Bu barədə fikirləriniz nədən ibarətdir?

   - Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Azərbaycanda 12 ərəb səfirliyi olmağına baxmayaraq, burada yalnız Misirin mədəniyyət mərkəzi var 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Fikrimcə, bu, iki ölkə arasında əlaqələrin bariz nümunəsidir. Mərkəz ölkələrimiz arasında mədəni əlaqələrin yaradılması inkişafında bir körpü rolunu oynayır.

  

   - Azərbaycanda hansı tədbirlərin təşkilində iştirak etmisiniz?

   - Ötən il AzərbaycandaMultikulturalizm ilielan olunması ilə bağlı bu mövzuda beynəlxalq konfrans keçirdik. Konfrans AMEA onun institutları, həmçinin, Prezident yanında Bilik Fondunun iştirakı ilə təşkil olunmuşdu. Eyni zamanda, müxtəlif universitetlərdə Misirə aid sərgilər müsabiqələr təşkil edirik. Məsələn, bu ilin aprel ayında dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Nəcib Mahfuza həsr olunmuş bir müsabiqə keçirdik. Bakı Dövlət Universitetində, Rəssamlıq Akademiyasında bir neçə konfransda iştirak etmişik. Mütəmadi şəkildə Misir-Azərbaycan əlaqələrindən bəhs edən mühazirələr təşkil edirik.

   Mərkəzimiz Azərbaycanda həm dövlət, həm də qeyri-hökumət təşkilatlarının inamını qazanıb. Məsələn, belə təşkilatlardan biriKainat” Gənclik Mərkəzidir. “Kainatla əməkdaşlığımız artıq ənənəvi xarakter daşıyır və 9 ildir ki, davam edir. Məhz bunun nəticəsidir ki, MisirKainat” Gənclik Mərkəzinin hər il təşkil etdiyi İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsində və Beynəlxalq uşaq muğam festivalında daim iştirak edir. Mərkəzin direktoru Rahib Rəsulzadə Misiri təmsil edən iştirakçılara xüsusi səmimiyyət göstərir, diqqətlə yanaşır. Bu isə əməkdaşlığımızın uzunömürlü olmasına təkan verir.

  

   - Bu əməkdaşlığın uzunömürlü olmasında yəqin ki, Misir və Azərbaycan musiqisinin kökündəki oxşarlıq da müəyyən rol oynayır?

   - Tamamilə doğrudur. Hər iki ölkədə musiqiyə böyük önəm verilir. Ona görə də Misirdən olan təmsilçilər festivalda ərəbcə mahnılar oxusalar da, beynəlmiləl tərkibli münsiflər heyəti onların ifasından zövq alır, çünki onların ortaq dili musiqi dilidir. Buna görə də Misir təmsilçiləri yüksək yerlər qazanırlar.

  

   - Gələcək fəaliyyətinizdə hansı yeniliklər, layihələr gözlənilir?

   - Dekabr ayında “Ərəb dili günü” münasibətilə silsilə tədbirlər nəzərdə tutulub.

   İslam həmrəyliyi ili” ilə əlaqədar yeni tədbirlərin və beynəlxalq konfransın təşkili gündəmdədir. Bu yaxınlarda Misirin Milli KitabxanaArxiv İdarəsinin rəhbəri Azərbaycana səfər edəcək və həmin səfər zamanı Misirdəki Azərbaycanla bağlı əlyazmalar barədə müzakirələr də aparılacaq. Bununla əlaqədar, AMEA-nın Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Misirin Milli KitabxanaArxiv İdarəsi arasında müştərək müqavilənin imzalanması nəzərdə tutulub. Həmçinin, 9 noyabr - Bayraq günü münasibətilə Misir və Azərbaycanda bayraq simvolunun əhəmiyyətindən bəhs edən tədbir keçirməyi düşünürük. Hazırda bu barədə müxtəlif qurumlarla danışıqlar aparılır. Bir sözlə, əməkdaşıq imkanlarımız da, görəcəyimiz işlər də çoxdur.

   

   Nərgiz Məmmədzadə

   Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının magistri

 

Mədəniyyət.- 2017.- 22 sentybar.- S.10.