Parisdə Səidə Zülfüqarovanın konserti olub

 

 

   Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olub.

   Konsertdə L.BethoveninAppassionatasonatası, F.Şopenin 3-cü balladası, Qara Qarayevinİldırımlı yollarlabaletindənEhtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, Fazil SayınQara torpaqəsəri səsləndirilib.

   S.Zülfüqarova konsertini ölkəmizdə Milli musiqi gününə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr etdiyini bildirib. O, musiqimizin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətə çatdırıb.

   Azərbaycanlı pianoçu konsertin sonunda Fərhad BədəlbəylininDənizəsərini ifa edib.

   Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevkonsul Zaur Fərhadov konsertin dinləyiciləri arasında olublar.

 

Mədəniyyət.- 2017.- 22 sentybar.- S.13.