Üzeyir Hacıbəyli musiqi festivalının son konsertləri

 

 

   Sentyabrın 25-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında Azərbaycan opera operettalarından ibarətƏbədi musiqiadlı konsert-tamaşa təqdim olunub. Konsert-tamaşa Azərbaycan Televiziya Radiosu, “Mədəniyyətkanalı, Mədəniyyət Turizm Nazirliyinin birgə layihəsi əsasında gerçəkləşib.

   Musiqili gecədə Xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Anar Şuşalı, İnarə Babayeva, müğənnilər Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə digərləri çıxış ediblər. Solistləri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu ilə Azərbaycan Televiziyası Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.

   * * *

   Sentyabrın 26-da Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

   Festivalın Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunan son konsertində Yeni Münhen Filarmonik Orkestri (Almaniya) dirijor Fuad İbrahimovun idarəsi ilə çıxış edib. Proqramda S.RaxmaninovunFortepianoorkestr üçün Konsert ¹2 op.18”, M.İ.Qlinkanın “RuslanLüdmila” operasından uvertüra, N.A.Rimski-Korsakovun - “Şəhrizad” simfonik süitası səslənib.

 

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.2.