Milli Dram Teatrı tamaşaçıların görüşünə “Qarabağnamə” ilə gəldi

 

 

   Akademik Milli Dram Teatrı yeni mövsümünü sentyabrın 22-də “Qarabağnamə” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

   Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik teatrın insanların həyatında rolundan danışıblar. Qeyd olunub ki, bu mövsümdə də Akademik Milli Dram Teatrının kollektivi tamaşaçılarını yeni və bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək.

   Sonra səhnə əsəri nümayiş olunub. Tamaşada rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov və başqaları ifa edirlər. Musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.7.