İki dil, bir harmoniya

 

 

 

   Cahangir Novruzova həsr olunan sənədli film Adana kinofestivalında təqdim edilib

  

   Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən XXIV Beynəlxalq Adana Film Festivalı çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür Dayanışma Dərnəyinin sədr müavini Cahangir Novruzov haqqında "2 dil - 1 harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.

   Türkiyə Mədəniyyət Turizm Nazirliyinin Kino idarəsinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru prodüseri Türkiyədə yaşayan soydaşımız Nəcibə Abbasovadır.

   Filmdə Cahangir Novruzovun həyat yaradıcılığından, onun ailə kökləri, babası - Azərbaycan peşəkar teatrının yaradıcılarından Cahangir Zeynalov, anası - Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova bu gün Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm Azərbaycanın tanınmış mədəniyyət incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər.

   Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. Sənədli filmin Rusiya, Türkiyə Azərbaycanda nümayişi nəzərdə tutulub.

   Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq. Hər il olduğu kimi, festivalda 5 kateqoriya üzrə 30 “Altın Kozamükafatı sahiblərinə təqdim ediləcək.

   "2 dil - 1 harmoni" filminin rejissoru Nəcibə Abbasovanın sözlərinə görə, film bu günə qədər bir sıra festivallarda iştirak edib. Bu sıraya Argentinada keçirilən “Festival de Cino Turco”, Portuqaliyada keçirilənFigueira Film Art Festival”, ABŞ-da keçirilənIndiewise Virtual Festival” qeyd etmək olar.

   Ekran əsəri həmçinin MeksikadaCinepobre Film Festival” Antalya Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.16.