Bakının brendi kommunikasiya marketinq proqramımızın əsas elementi olacaq

 

 

   Mədəniyyət Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyevin AZƏRTAC-a müsahibəsi

  

   - Əvvəlcə Milli Turizm Təbliğat Bürosu barədə qısa məlumat verərdiniz.

   - Milli Turizm Təbliğat Bürosu Mədəniyyət Turizm Nazirliyi tərəfindən - “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq 2017-ci ilin fevral ayında publik hüquqi şəxs qismində təsis edilib. Qurumun yaradılması ölkəmizin turizm sahəsində beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılmasına nail olmaq məqsədi daşıyır.

  

   - Təsis edildiyi dövrdən etibarən büro hansı fəaliyyətlərlə məşğul olub?

   - Milli Turizm Təbliğat Bürosu qısa vaxt ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində əməli fəaliyyətə başlayıb Bakı şəhərinin turistlər üçün daha maraqlı istiqamətlərdən biri kimi tanıdılması turistlərin qarşılaşdığı bir sıra çatışmazlıqların aradan qaldırılması istiqamətində layihələr təqdim edib. Ötən müddət ərzində daxili xarici tərəfdaşlarımız ilə birgə Bakıya bir sıra ölkələrdən turizmin müxtəlif sahələri üzrə tanınmış blogerlərin səfəri təşkil edilib, onlarla ortaq layihələr həyata keçirilib. Bakı şəhərinin turistlər üçün maraqlı hesab edilə biləcək, lakin bir o qədər məşhur olmayan məkanları barədə videoçarxlar digər təqdimat materialları hazırlanaraq müxtəlif təbliğat kanalları vasitəsilə yayımı təşkil edilib. Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq qiymətləndirmə hesabatına əsasən Milli Turizm Təbliğat Bürosu tərəfindən ona tapşırılan işlərin 44 faizinin icrasını həyata keçirib əksər istiqamətlərdə fəaliyyətə başlayıb. Büronun əsas vəzifəsinin Bakı şəhərinin brendinin formalaşdırılması marketinq siyasətinin qurulması olduğundan bu sahədə dünyada uğurlu fəaliyyət göstərərək konkret nəticələrə nail olmuş ölkələrin qurumların təcrübəsi öyrənilib. Eyni zamanda, büro həm daxili, həm xarici bazarda marketinq siyasətinin hazırlanması icrası, brend formalaşdırılması sahəsində təcrübəsi olan şirkətlər ilə məsləhətləşmələr aparmış görüləcək işin ümumi konturları aydınlaşdırılıb.

  

   - Büro uğurlu təbliğat işinin qurulması üçün hansı amilləri vacib hesab edir?

   - Hesab edirik ki, uğurlu təbliğat təşviqat fəaliyyətinin qurulması üçün genişhəcmli bazar araşdırmalarının aparılmasına dünyada daim yenilənən turizm trendinin öyrənilməsinə ciddi ehtiyac var. Eyni zamanda, tətbiq ediləcək yeniliklərin uğurlu icrası üçün peşəkar komandanın qurulması, dövlət qurumları arasında işlək əlaqələndirmənin formalaşdırılması, qəbul ediləcək vahid yanaşmanın həm turizm sahəsində fəaliyyət göstərən şirkətlər, həm müvafiq dövlət qurumları tərəfindən icrasına nail olunması zərurəti mövcuddur. Bakı şəhəri ümumilikdə Azərbaycan xarici turistlər üçünkəşf edilməyənistiqamətlər baxımından olduqca maraqlı marşrutdur bu istiqamətdə koordinasiyalı əməkdaşlıq qurulacağı aydın strategiya izlənəcəyi təqdirdə böyük nailiyyətlərə nail olmaq olar. Marketinq fəaliyyətinin həyata keçirilməsi müvafiq turizm infrastrukturun qurulması böyük maliyyə resursları tələb etsə , onun ölkə iqtisadiyyatına geri dönüşü daha yüksəkdir bir çox digər sahələrdən fərqli olaraq daha uzunmüddətli davamlıdır.

  

   - Təbliğat üçün hansı portallar fəaliyyət göstərəcək zaman hazır olacaq?

   - Büronun komandası artıq xeyli vaxtdır ki, Azərbaycanın turizm təbliğat səhifəsi olan azerbaijan.travel səhifəsinin yenilənməsi ilə məşğuldur. Büro tərəfindən azerbaijan.travel portalı müasir yeniliklər nəzərə alınmaqla (dizayn, portalın mobil telefon planşetlərə uyğunlaşdırılması, məlumat bazasının yenilənməsi) tam əsaslarla yenidən qurulub istifadəçilərin xidmətinə verilib. Bir neçə müddət bundan öncə salambaku.travel səhifəsi hazırlanıb bu səhifədə Bakının turizm imkanları, şəhərdə yerləşən tarixi abidələr, muzeylər, turistlərin öz vaxtlarını səmərəli keçirə biləcəyi məkanlar barədə informasiyalar yerləşdirilib. Biz çalışırıq ki, bu portallara daxil olacaq insanlar həm Bakı, həm ölkənin turizm imkanları barədə ətraflı rahat informasiya əldə etsinlər.

  

   - Büronun fəaliyyəti bölgələrdə turizmin inkişafına necə təsir edəcək?

   - Milli Turizm Təbliğat Bürosu ilkin mərhələdə daha çox Bakı şəhərinin təbliği istiqamətində səylərini birləşdirəcək. Bununla belə, biz eyni zamanda çalışırıq ki, imkan düşdükcə regionların da turizm potensialını təqdim edək. Gələcəkdə bu istiqamətdə işlər daha da artırılacaq və regional turlar da daxil olmaqla, bir sıra yeni turizm marşrutlarının işlənib hazırlanmasına başlanacaq. Regionların fərqli turizm növlərini inkişaf etdirmək üçün geniş potensialı var və gələcəkdə məhz bu sahələrin təbliğinə daha çox diqqət ayrılmasına çalışacağıq.

  

   - Bakının brendi necə formalaşdırılacaq?

   - Bakının brendi kommunikasiyamarketinq proqramının əsas elementi olacaq. Ona görə də, biz çalışırıq ki, məsələyə olduqca peşəkar yanaşaqbrendin hazırlanması zamanı beynəlxalq təcrübəni tam olaraq öyrənək. Brend üzərindən uğurlu marketinq fəaliyyəti quran xeyli şəhərlər var və onların təcrübələri bizə çox böyük kömək edə bilər. Amma bu, o demək deyil ki, biz brendi hazırlayarkən yalnız xarici təcrübəni əsas götürəcəyik. Hər bir şəhərin olduğu kimi, Bakı şəhərinin də özünəməxsusluqları varbrend hazırlanarkən mütləq mənada bu dəyərlər nəzərə alınacaq. Bakının brendi şəhərin siması olacaqbu mənada mütləqdir ki, onu ölkə xaricində təbliğ etməzdən öncə yerli səviyyədə qəbul olunması baş versin. Yəni, yerli vətəndaşlar brenddən məmnun qalsınlar ki, onu xaricilərə təqdim edərkən də, səmimi olsunlar. Brend yerlixarici ekspertlərin birgə iştirakı ilə hazırlanacaq və cəmiyyətin fikirləri bu prosesdə vacib yer alacaq. Bununla yanaşı müasir informasiyakommunikasiya kanallarının yaratdığı imkanlardan maksimum faydalanmaq və Bakı şəhərinin təbliğatını bu kanallar vasitəsilə aparmaq da marketinq strategiyasının əsas istiqamətlərindən biri olacaq.

  

   - Təkcə Bakının brendi formalaşdırılacaq, yoxsa hədəfdə digər bölgələr də var?

   - Hazırda Bakı şəhərinin brendinin formalaşdırılması işi ilə məşğuluq, gələcəkdə bu təcrübədən istifadə etməklə digər regionlarda da analoji işin qurulmasına baxıla bilər.

  

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.8.