Fikrət Əmirov adına incəsənət məktəbində ikiqat yubiley

 

   Noyabrın 22-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 95 ili tamam olur. Bəstəkarın adını daşıyan 6 nömrəli İncəsənət məktəbi yubileyə xüsusi hazırlaşır.

   Bu barədə məlumat verən məktəbin direktoru, bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifova bildirdi ki, yubiley münasibətilə məktəbdə 2-ci elmi-nəzəri və ifaçılıq konfransı keçiriləcək. Konfransda nəzəriyyə şöbəsi müəllimlərinin rəhbərliyi altında şagirdlər F.Əmirovun əsərlərini həm ifa, həm də təhlil edəcəklər.

   Direktor qeyd etdi ki, bu il həm də məktəbin 55 yaşı tamam olur. Məktəbin tarixiinkişaf yolu haqda kitab artıq çapa hazırdır. Görkəmli bəstəkarın adını daşıyan muzey ötən ildən fəaliyyət göstərir. Muzey yeni-yeni eksponatlarla zənginləşir. Yubiley ili möhtəşəm konsert proqramı ilə də yadda qalacaq.

  

   S.Fərəcov

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.10.