“İpək yoludünya sivilizasiyası”

 

 

   Azərbaycan incəsənət ustalarının əsərləri Pekin biennalesində

  

   Çinin paytaxtı Pekində 7-ci Beynəlxalq biennale işə başlayıb. “İpək yoludünya sivilizasiyası” devizi altında keçirilən builki incəsənət festivalında 102 ölkədən ümumilikdə 601 əsər nümayiş olunur. Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.

   Sərgidə ölkəmizi xalçaçı-rəssam Adil Şıxəliyev və heykəltəraş Samir Səmədov təmsil edirlər. Adil Şıxəliyevin yun-ipəkdən işlədiyi xalça “İpək yolu”, heykəltəraş Samir Səmədovun metal və polyesterdən istifadə edərək ərsəyə gətirdiyi əsər isə “Günəşin izi ilə” adlanır. Hər iki əsər biennale ziyarətçilərinin böyük marağına səbəb olub.

   Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı açılış mərasimində iştirak edib, sərgidə nümayiş olunan Azərbaycan əsərləri ilə tanış olub.

   Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin Bələdiyyəsinin birgə təşkil etdiyi sərgi oktyabrın 15-dək davam edəcək. Biennale çərçivəsində simpoziumlar, ustad dərsləri, müəlliflərlə görüşlər təşkil ediləcək

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.11.