Azərbaycandakı tolerantlıq mühiti ABŞ qəzetində

 

 

   ABŞ-ın “The Hill” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsrailinWikistartGeostrateji Təhlil Agentliyinin baş analitiki Aleksandr Murinsonun “Azərbaycan və İsrail: əsl müsəlman-yəhudi münasibətlərinin nümunəsi” sərlövhəli məqaləsi dərc edilib.

   Məqalədə iki ölkə arasında strateji münasibətlərdən, Azərbaycanda yəhudi icmasından və tolerantlıqdan danışılır. A.Murinson Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan diplomatiyası, Azərbaycan-İsrail münasibətləri haqqında nəşrin oxucularına yalan məlumat verən erməni müəllifinin məqaləsinə cavab olaraq yazır ki, İsrail ilə Azərbaycan arasında sıx, səmimi münasibətlər və əməkdaşlıq mövcuddur.

   Ekspert qeyd edir ki, İsrail ilə Azərbaycan arasında münasibətlər digər ölkələrə nümunədir və sübut edir ki, müsəlmanlar və yəhudilər dünyada yanaşı yaşaya bilərlər. Sovet İttifaqında antisemitizmdən danışan müəllif vurğulayır ki, yəhudilərə Azərbaycanda münasibət həmişə müsbət olub.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.2.