Milli Kitabxanada xatirə sərgiləri

 

 

   Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadənin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb. Sərgidə yazıçının əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı, haqqında olan kitablar sərgilənib.

   Milli Kitabxanada təşkil edilən daha bir kitab sərgisi tanınmış şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyinə həsr olunub.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.2.