Musiqili TeatrdaSilva”nın premyerası

 

 

 

   Yanvarın 11-də Azərbaycan Dövlət Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın “Silva” operettasının premyerası olacaq.

   Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena Zakir Ağayevlərdir.

   Rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko və başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.3.