İki ekran əsəri Sofiya festivalında

 

    

   C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında lentə alınmış “4.1 Şəhər motivlərikinoalmanaxı (“Qonşu qadın”, “Yuxarıda aşağıda”, “KədərimDmitrov küçəsi 86” qısametrajlı filmləri) rejissor Mirbala SəlimlininQırmızı bağtammetrajlı bədii filmi yanvarın 12-dən 29-dək Bolqarıstan paytaxtında keçiriləcək “Sofia MENAR” Beynəlxalq film festivalına dəvət alıb.

   Hər iki ekran əsəri festivalınFokusproqramında nümayiş olunacaq.

   Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi Sofiya festivalı regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı islam dünyasının audiovizual əsərləri ilə tanış edir.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.3.