Xalça Muzeyində keçə sənətinə həsr olunmuş mühazirə

 

 

   Yanvarın 7-də Azərbaycan Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək.

   Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ustad dərslərində rəssamın “Keçə sənətinin tarixi” adlı mühazirəsi dinləniləcək.

   Azərbaycan dilində təqdim olunacaq mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və keçələrin məişətdəki əhəmiyyətindən danışılacaq.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.4.