Opera Balet TeatrındaTraviata

 

 

   Ukraynalı azərbaycanlı solistlərin ifasında

  

   Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında Cüzeppe VerdininTraviataoperası nümayiş olunacaq.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada əsas rolları ifa etmək üçün Ukrayna Milli Operasının solistləri - bu ölkənin Xalq artisti Olqa Naqornaya (Violetta) Əməkdar artist Dmitri Kuzmin (Alfred) dəvət edilib.

   Tamaşada həmçinin Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının aparıcı solistləri - Xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər. Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.4.