Gənc balet artisti Sankt-Peterburq səhnəsində

 

 

 

   Yanvarın 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr QlazunovunRaymondabaleti nümayiş olunacaq. Teatrın saytında yer alan məlumata görə, səhnə əsərində gənc balet artisti Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq.

   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında, Ukrayna Milli Akademik OperaBalet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ildə gənclər üçün Prezident mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhad partiyasını oynayıb.

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.4.