Dünya turizm sektorunda ilk 20-likdə yer almaq

 

 

 

   Qarşıdakı 8-10 ildə ölkə turizmi üçün əsas hədəflərdən biri budur  

   Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizin bu sahə üzrə əsas hədəfləri əksini tapıb. Sənədə görə, Azərbaycanın dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olması qarşıya qoyulan başlıca hədəflərdəndir.

   Strateji Yol Xəritəsində qeyd edilir ki, Azərbaycan üçün Körfəz regionu MDB ölkələri kütləvi turizm mənbələri sayılır. MDB üzvü olan Orta Asiya ölkələri digər kütləvi turizm mənbələrinin hər birindən Azərbaycana 2014-cü ildə 20 min nəfərdən az turist gəlib. Halbuki bu cür tələb bazarlarından hər biri Azərbaycanda turizm sektorunun genişləndirilməsi baxımından unikal imkanlar təklif edir. Kütləvi turizm ölkələri blokundan 2014-cü ildə xaricə ümumilikdə 450-500 milyon turist səfəri olub.

   Körfəz regionu ölkələrinin vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi təcrübəsinin tətbiqinə başlanıldıqdan sonra həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilib. Məsələn, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2014-cü ildə 821 nəfər olduğu halda, 2016-cı ilin doqquz ayında 38931 nəfərədək artıb. Bundan əlavə, İraqdan gələn turistlərin sayında son dövrlərdə müşahidə olunan artımı da qeyd etmək olar. Bu trend Qərbdə yerləşən bir çox inkişaf etmiş turizm məntəqələrinə nisbətən yaxın məsafədə yerləşən Azərbaycan üçün belə bazar potensialının olduğunu göstərir.

   Qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından Körfəz regionuna, Asiya Avropanın 26 əsas şəhərinə uçuş məsafəsi qısamüddətlidir. Hazırda Bakı bu şəhərlərdən 13-ü (mümkün turist sayı 60 milyona yaxın) ilə birbaşa hava əlaqəsinə malikdir. Hava yolu ilə bir saatdan az məsafədə yerləşən İranın Təbriz şəhəri daxil olmaqla, digər 13 şəhərlə (30 milyon insan) hava əlaqəsinin qurulması qısa uçuş məsafəsində yaşayan potensial turistlərin cəlb edilməsinə səbəb ola bilər.

   Bundan əlavə, İranda Təbriz Ərdəbil, Rusiyada Mahaçqala, Gürcüstanda Tbilisi kimi dörd əsas şəhər Bakıdan avtomobillə təxminən yeddi saatlıq məsafədə yerləşir. Bu dörd şəhərin əhalisi ümumilikdə 3,7 milyon nəfərdir onlar Azərbaycan üçün potensial turistlər hesab edilə bilər.

   2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirməkdir. Bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanılacaq. Uzunmüddətli perspektivdə Azərbaycanın səyahətçilər üçün regional qovşağa (“hub”) çevrilməsi məqsədilə logistik infrastrukturun bu üstünlüyündən istifadə ediləcək. Liberallaşdırılmış və rəqabətli aviasiya sektoru sayəsində 8 milyondan artıq sərnişini qəbul edə və yola sala biləcək təbii uçuş zonasına çevirmək hədəfi müəyyən olunub. Bu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı vasitəsilə sərnişin nəqliyyatının hazırkı səviyyəsini təxminən dörd qat artırmaqla Bakını həm işgüzar, həm də istirahət məqsədilə gələn turistlər üçün tranzit dayanacaq məntəqəsinə çevirəcək. Xarici turistləri cəlb etmək məqsədilə qonşu ölkələrlə, məsələn, İranla dəmir yolu əlaqəsi gücləndiriləcək, turistlərin ölkə daxilində şəhərdaxili və şəhərlərarası rahat hərəkətinin təmin edilməsi üçün dəmir yoluavtomobil yolu şəbəkəsi yaxşılaşdırılacaq.

   Ölkəyə gələn əlavə turist axınını nəzərə alaraq, fərqli turist seqmentlərindən olan tələbatı qarşılamaq məqsədilə Azərbaycanın yaşayış və xidmət infrastrukturu da gücləndiriləcək. Bunun tərkib hissəsi kimi Azərbaycan aşağı büdcəli hostellərdən, yataq və səhər yeməyi təklif edən yerləşdirmə vasitələrindən tutmuş lüks mehmanxana və istirahət komplekslərinədək geniş çeşiddə yerləşdirmə imkanlarına malik olacaq. Xəzər dənizi də ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Bu istiqamətdə turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək.

   Həmçinin sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması (Naftalandakı sağlamlıq obyektlərinin istifadəsi) gözlənilir.

 

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.8.