2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ilikimi qeyd olunacaq

 

 

 

   “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan sədrlik edəcək

  

   BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ilielan edib.

   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) rəsmi saytında yer alan məlumata görə, “Beynəlxalq davamlı turizm ilinin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq.

   Məlumatda vurğulanır ki, “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək.

   Xatırladaq ki, “Beynəlxalq davamlı turizm ili”ndə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edəcək. Bu barədə qərar ötən il oktyabrın 31-də qurumun İcraiyyə Şurasının Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən 104-cü sessiyasında qəbul olunub.

   Sessiyada Azərbaycan Respublikası adından sədr qismində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin sədrlik müddətində Dünya Turizm Təşkilatının "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində bütün təşəbbüslərini dəstəkləyəcəyini bildirib.

   Azərbaycanın Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan Dünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərin ölkəmizə olan etibarının göstəricisidir.

 

 

Mədəniyyət.- 2017.- 6 yanvar.- S.9.