“Azərbaycan şərqşünaslığı”
jurnalının növbəti sayında
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Jurnalın yeni nömrəsində bu elm müəssisəsinin müstəqillik illərində fəaliyyətini əks etdirən məqalə və respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən elmi konfrans barədə yazı, görkəmli şərqşünas, akademik Əbdülkərim Əlizadəyə həsr edilən məqalələr yer alıb. Həmçinin oxuculara Şərq ədəbiyyatına, dillərinə, ictimai fikrinə aid “Şəhriyarın farsdilli poeziyada yeri”, “Haldun Tanerin hekayə yaradıcılığı”, “Qarabağ faciələri Cənubi Azərbaycan ədəbiyyatında”, “Çin dilçiliyi tarixindən” və digər məqalələr təqdim olunur.
Jurnalın yeni sayında müasir
Şərq ədəbiyyatından tərcümə və digər
materiallar da diqqəti
cəlb edir. Həmçinin, Şərqşünaslıq
İnstitutunda nəşr olunan
yeni kitablar və
keçirilən tədbirlər barədə məlumat almaq mümkündür.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.13.