Bayram günlərində Qəbələyə 4 minə yaxın turist gəlib

 

   Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.

   Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerlixarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Burada yerləşən 20 müasir hotel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerlixarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar.

   Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, RusiyaPakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.

   Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında RusiyaAvropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerlixarici turist gəlmişdi.

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 5.