“YARAT”da moda fotoqrafiyası ilə bağlı ustad dərsləri

 

   “YARAT” Müasir İncəsənət Mərkəzində İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə ustad dərsləri təşkil olunub.

   Fotoqraf ustad dərsləri çərçivəsində moda fotoqrafiyası və aspektləri haqqında danışaraq dünyanın ən əla brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşüb. Mühazirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

   Qeyd edək ki, bir sıra məşhur şəxslərin portretini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən tanınmış moda brendləri ilə əməkdaşlıq edir.

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 6.