Bakıda növbəti poeziya festivalı təşkil olunacaq

 

   Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM) yeni ofisinin açılışı olub.

   Mərkəzin direktoru Səlim Babullaoğlu bu işlərin reallaşmasında, redaktoru olduğuDünya ədəbiyyatıjurnalının yeni nömrələrinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib yeni layihələr haqqında söhbət açıb.

   MərkəzinDünya ədəbiyyatıjurnalının ötən il iki sayı çapdan çıxıb. Rusiya “Oman” ədəbiyyatı dərgiləri hazırlanaraq nəşr edilib. Qarşıda böyük planlar var. Bakıda ikinci Beynəlxalq Poeziya Festivalının keçirilməsi nəzərdə tutulur: “Yeni ofisimizin açılışı işlərimizin sürətlənməsinə təkan verəcək”.

   Mərkəzin rəhbəri bildirib ki, “525 kitabseriyasından 27 kitab nəşr ediblər. Tədbirdə çıxış edənlər mərkəzin kollektivini təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 11.