Bakıda Azərbaycan və Gürcüstan musiqi kollektivlərinin qış festivalı

 

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Hacıağa Abbasov adına Mədəniyyət evinin təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Bakı Qış Festivalı-2017” adlı konsert proqramı keçirilib.

   Baş idarədən bildirilib ki, konsertdə Gürcüstanın “Lalə” folklor ansamblı, “MarjanişvilelebiKutaisi Gənc Tamaşaçılar Teatrının kollektivi, “Gvirillauşaq vokal rəqs ansamblı və Mərdəkan Mədəniyyət sarayının “Azərbaycan qartalları” ansamblı, “Yeni axın” gənclər studiyası iştirak ediblər.

   Sonda iştirakçılara sertifikatlar və fəxri fərmanlar təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.3.