Zərgərlik sənəti muzey məkanında

 

 

 

   Xalça Muzeyində regional seminar keçiriləcək

  

   Yanvarın 25-də Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabahmövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

   Xalça Muzeyindən bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi” və s. mövzularda mühazirələr dinləniləcək.

   Seminarda Azərbaycan, GürcüstanRusiyadan olan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, dizaynerlər, qiymətli metaldaşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, habelə bərpaçılar, muzey təhlükəsizlik xidməti və marketinq menecerləri iştirak edəcəklər.

   Tədbir çərçivəsində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da nəzərdə tutulur.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.3.