Bilik Fondunda koreyalı səfirlə görüş

 

 

 

   Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Prezident yanında Bilik Fondunun qonağı olub.

   İcraçı direktor Oktay Səmədov qonağa Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verib. Koreyalı diplomat Bilik Fondunun "Səfir saatı" klubuna üzv olmağa dəvət edilib. Klub Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbər şəxslərini yerlixarici gənclərlə görüşdürəcək, ölkəmizi daha yaxından tanımaları üçün diplomatların bölgələrə səfərlərini gerçəkləşdirəcək.

   Söhbət zamanı Koreya Respublikası ilə elmi, mədəni münasibətlərin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi məqsədilə niyyət protokolunun imzalanmasına ehtiyac olduğu diqqətə çatdırılıb. Səfir Kim Çanq-gyu bu sahədə əməkdaşlığın perspektivlərindən söz açıb. İki ölkə xalqları arasında oxşar cəhətlərdən danışan diplomat deyib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi xalqın mədəni təfəkkürünün formalaşmasına böyük təkandır.

   Sonda səfirə Bilik Fondunun hədiyyəsi təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.5.