İlin fotoqrafı” seçiləcək

 

 

   Müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq

  

   Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotoqraflar Birliyində “İlin fotoqrafı-2016” mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-cı ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin Orxan AslanovunMy Azerbaijan” fotosərgisi nümayiş ediləcək.

   Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən ənənəvi olaraqİlin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.6.