Hüseyn Cavidin 135 illiyinə hazırlıq görülür

 

   Azərbaycan Milli Elmlər Akademiyası görkəmli şairdramaturq Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı hazırlıq işlərinə başlayıb. Hüseyn Cavidin ev-muzeyindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, H.Cavidin irsi haqqında yeni elmi əsərlərin yazılması, şairin əsərlərinin müxtəlif dillərdə nəşrinin davam etdirilməsi, “Cavidşünaslıq” araşdırmalar toplusunun növbəti cildlərinin çapa hazırlanması, arxivdə qorunan, çap olunmayan sənədlərin və digər materialların elektron bazaya yerləşdirilməsi nəzərdə tutulur.

 

Lalə

Mədəniyyət.-2017.- 11 yanvar.- S.14.