“Cəfərzadələr ocağı - Əzizə Cəfərzadə” kitabı işıq üzü görüb

 

   Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin (1921-2003) ömür yoluna həsr edilmiş “Cəfərzadələr ocağı - Əzizə Cəfərzadə” kitabı işıq üzü görüb.

   Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirilib ki, AYB-nin Şamaxı bölməsinin sədri, professor Seyfəddin Qəniyevin müəllifi olduğu kitabın yaxın günlərdə təqdimatı keçiriləcək. Kitabda yazıçının həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilir.

 

Mədəniyyət.-2017.- 11 yanvar.- S.14.