Azərbaycanlı tenor Moskva səhnəsində

 

 

 

   Don Karlosda əsas partiyanı ifa edəcək

  

   Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe VerdininDon Karlos” operası nümayiş etdiriləcək.

   Teatrın saytında verilən xəbərə görə, tamaşanın iki nümayişində (23 və 25 mart) Don Karlos obrazını azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.

   Yusif Eyvazov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko KorelliAntonio Folyaninin ustad dərslərini dinləyib.

   Karyerasına İtaliyanın teatrkonsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. O, Cüzeppe VerdininTraviata”, “Bal-maskarad”, “Nabukko”, “Riqoletto”, Cakomo PuççinininBohema”, “Toska”, Jorj BizeninKarmen”, Qaetano DonisettininLüçiya di Lammermur” operalarında yaddaqalan obrazlar yaradıb. Vokalçının adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.5.