Böyük SABAHlı balacalarımız

 

 

   Onlardan biri də Səbinə Rzazadə - on altı yaşlı “Qran-prili qız...

  

   İndilər çox dəbdə olan, sağa da, sola da işlənən bir termin var: “test”. Səbinə ilə söhbətimizin siftəsində mən (jurnalistik birazar”la) onu testliyə çəkdim. Beş-on kəlmədən sonra, söz sözü çəkdikcə, bir ədəbi termini xatırladım: “tipik”.

   , mən bu yeniyetmənin simasında son dövrlər çiçəklənməkdə olan istedadlı Azərbaycan gəncliyinin ümumiləşmiş tipini gördüm...

  

    Mən bu uşağı, öz retro neo-təcrübəarsenal”ımca qədər böyük suallar şumuna çəkdim, vara bildi. Bir soydaş-vətəndaş fəxarəti hissləri keçirdim. Hətta müsahibəmizinpikçağında bir az mütəəssirliyə vardım. Əlbəəl ağlıma bir gəlmə gəldi bunu məndən əlli iki yaş kiçik müsahibimlə (bir az da özümübilməməzliyəqoyub) bölüşmək qərarına gəldim. Həmin qənaət bundan ibarət ki; belə uşaqlara milli zəmanətlə baxmaq, ümummilli məsuliyyətlə yanaşmaq gərək. Yəni bir vaxtlar Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov kimi fenomenlərin uşaqlıqlarına sıradanbir baxmış dövrlərin yanlış-yanaşmalarını təkrarlamaq ehtimalından çəkinməli. Axı biz bu nəhənglərin nəticə məcmuları ilə tanış olduqca ya hər bir sənət şedevrini hər dəfə yenidən dinlədikcə, onlarıngidi dünyaaxarında axıb getmiş şagird-tələbəlik, ilk gənclik çağları haqda oxumaq, foto-kino lentlərinə baxmaq arzu-ehtiyacında bulunmuşuq. Deməli, indilər, onları davam simptomlarına malik uşaqları elə qiymətləndirməli, müasir mətbu-telekommunikasiya vasitələri yaddaşına o dərəcədə almalı ki, sonralar - məşhuri-cahan çağlarında oxucu-dinləyici-tamaşaçı xalqgörəsən, bu azman uşaqlıqda, gənclikdə necə olubkimi suallar xəyalına, istixarələrborcunadüşməsin.

   - Elə deyilmi, Səbinə?

   - Elədir. Ancaq, bu təsdiqimin ardınca əlavə edim ki, sizin arzu-istək kimi vurğuladığınız bu qənaət artıq reallıqdır. Məsələn, Azərbaycanda bütün sahələr üzrə istedadlı, xüsusi bacarıqlı uşaqlar Prezident təqaüdü alırlar, adları xüsusi albomlara salınır, mütəmadi olaraq, beynəlxalq müsabiqələrə göndərilir, ən qabiliyyətlilərinin solo konsertləri təşkil edilir sair.

   - Bir az da özündən danış. Məsələn, bu nailiyyətlərə necə nail olmusan?

   - (Gülümsünüb susur anasına işarətlə) Bax, mən anamı belə suallartəhlükəsibaxımından özümlə gətirmişəm. Bu barədə özüm yalnız bunu deyim ki, ən çoxu anamın anasının hesabına. Qalanını anam desin...

   - Buyurun, İslamiyyə xanım.

   - , bu qızın həyat hədəfi, sənət mayakı, çalışma dinamikası nənəsidir. Hələ beşinci sinifdəykən qulağıma pıçıldadı ki, “ilk solo konsertimi ürəyimdə nənəmə həsr edəcəm”. Bunun səbəbləri çoxdur. 2000-ci ildə atası oğlan gözləyirdi, aprelin 1-də Səbinə doğuldu ailəmizdə çoxları atasını möhkəm “1 aprel zarafatı”na tutdu. Nənəsi isə dedi: “Bu, 1 aprelin zarafatı yox, böyük baratıdı! Siz bir bu çağanın gözlərindəki böyük gələcəyə baxın!..

   - , Səbinə, nənən hansı gələcəkdən danışırmış səncə, o “gələcəkgəlməkdəmi?..

   - Mən özüm haqda elə bir təvazösüzlük proqnozu verə bilmərəm, amma deyim ki, nənəminöncəgörülərindənhələ ki yanlışı çıxmayıb. Üç yaşımda ikən evimizdəki fortepianoda çalmağımı hamıdınqıltıkimi eşidirkən, nənəm deyirmişmənim Şopenimə mane olmayın”.

   - Fortepiano... Axı deyirlər, indi XI sinfində oxuduğun Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə ilk qədəmində bütün musiqi alətlərinə baxdıqdan sonra soruşublar ki, hansından xoşun gəlir, demisən sazdan...

   - Elədir. Hələ deyim ki, mənim saz nankorluğumu faş edən daha birdosye” var. Qoy bunu da anam desin.

   - Buyursun.

   - Səbinə 10 yaşında ikən sanatoriyada istirahət edən qohumumuza baş çəkməyə getmişdik, həyətdə ahıl yaşlı bir aşıq saz çalırdı, bu da üzümə matdım-matdım baxıb qayıtdı ki, ana, bu, tək elə sazdı, ya bütöv bir orkestr?!.

   - Səbinə, növbəti sualım yalnız özünlükdür - sevgilərindən. Yox, diksinmə, söhbət qədəm qoyduğun sənət sahəsində kimləri daha çox sevdiyindən gedir.

   - Bayaq adlarını çəkdiyiniz doğmalarımızdan sonra Şopen, Motsart, Bethoven.

   - Bunlar hamısı yaradıcı. Virtuoz ifaçılardan heç bir ad çəkməməyin hələlik yalnız anana bildirdiyin bəstəkarlıq meylinifaşetmirmi?

   - Bundansa daim böyük heyranlıqla yad etdiyim dirijorlarımızdan Teymur Göyçayev, Rauf Abdullayev, Fuad İbrahimov çox geniş təlim-tədris diapazonuna malik müəllimimiz Tatyana Ryabuxanın adlarını qeyd etmək istərdim.

   - Mənsə istərdim indiyədək aldığın diplomlar haqda da özün danışasan...

   - Estoniyada keçirilən beynəlxalq müsabiqədə diplom, Polşa Fransa müsabiqələrində 2-ci yer, Kanada, Monako Rusiyada 1-ci yer, SloveniyadaQran-pri”.

   - Bunlar hamısıyer”, bəs rəylər, fikirlər, olmuş-olaylar?

   - Yaxşı olardı ki, bunlar haqda da anam...

   - İslamiyyə xanım, qızınızın növbəti təvazö zəhmətini çəkməli olacaqsız.

   - Təbii ki, qısaca danışmalıyam. Narva şəhərində keçirilən beynəlxalq müsabiqədə məşhur münsiflərdən polyak Pavel Kamenski məni Səbinənin müəllimi hesab edib təşəkkürünü bildirəndən sonra dedi ki, “Mən Baxın ən gözəl əsərini bu balaca gözəldən xüsusi zövqlə dinlədim”. Lipetskdə isə münsif Milşteyn dedi: “Mən başa düşə bilmirəm, bu balaca qafqazlı qızda bu Avropa qulaqları?!.

   - Səbinə, sən bunun da fərqindəsənmi ki, niyə bu yazıda nənənə bu qədərqiyabi”, anana isə əyani yer ayırdıq? Yox, bu sualın cavabı da özümdədir; ölkəmizdəki bütün istedadlı uşaqların nənə-analarına mətbu bir nümunəlik üçün. Başqa bir deyəcək sözün varmı?

   - Var. Məni xüsusi təqaüdə layiq görülən gənc həmkarlarımla bir sırada görməyə tələsən anama siz deyin ki, ürəyini buz kimi saxlasın. Ölkəmizdə yaradıcı gəncliyə verilən diqqət göstərir ki, zamanı gəldikcə, hər kəs öz qiymətini alacaq.

   - Belədə yeni-yeni uğurlar!

   - Çox sağ olun.

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.12.