YARAT”da rəsm dərsləri davam edir

 

 

   “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqlar üçün rəsm dərslərini davam etdirir. Yanvarın 8-də baş tutan növbəti dərslərdə 3-15 yaşlı uşaq yeniyetmələr iştirak ediblər.

   Budəfəki dərslərdə uşaqlar məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, əsərlərin pazllarını yığıblar. Balacalar həm əylənib, həm maraqlı əsərlərin hazırlanmasında iştirak ediblər.

   Layihə “YARAT” Müasir İncəsənət Mərkəzində ənənəvi olaraq hər həftəsonu keçirilir.

 

Mədəniyyət.- 2017.- 11 ynavar.- S.12.