Bundan sonra da qeyri-neft sektoru diqqət mərkəzində olacaq

 

 

 

   Prezident İlham Əliyev: “2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb”

  

   Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

   Prezident iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyadaregionda təhlükələrin artdığını, yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”, - deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirib.

   Qeyd olunub ki, 2016-cı il ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5 faiz artım olub.

   Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idibuna da nail olunub, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edilib. Görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir, Davos İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir.

   Prezident bildirib ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, kommunal xidmətlərin diferensiallaşdırılması sosial ədalət prinsipinə əsaslanıb. 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilibya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb.

   Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

   Beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və mövcud vəziyyət barədə danışan dövlət başçısı qeyd edib ki, 2016-cı ilin aprelində işğalçı qüvvələrin təxribatına cavab olaraq ordumuz düşmənə sarsıdıcı zərbələr vurub, minlərlə hektar torpaq işğaldan azad edilib.

   2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirib.

   Ötən ilin ölkəmizdə “Multikulturalizm ilielan edildiyini deyən dövlət başçısı il ərzində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini diqqətə çatdırıb.

   Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

   Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “ şəhər” layihəsinin uğurla icra olunduğunu deyib. Qeyd olunub ki, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işləri aparılacaq.

   Prezident vurğulayıb ki, 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, bank sektorunun sağlamlaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafı ilə bağlı tədbirlər görüləcək.

   Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlar verən Prezident ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

   Dövlət başçısı bu il Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyib, 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ilielan edib.

 

 

Mədəniyyət.- 2017.- 11 ynavar.- S.2.