“Cırtdana məktub”

 

 

   Respublika Uşaq Kitabxanası hüsnxət müsabiqəsi keçirir

  

   F.Köçərli adına Respublika Uşaq Kitabxanası 23 yanvar - Əl yazısı (hüsnxət) günü ilə bağlı azyaşlı oxucular arasında “Cırtdana məktub” mövzusunda yazı müsabiqəsi keçirir.

   Kitabxanadan bildirilib ki, uşaqlar öz xətti ilə yazdıqları məktubu kitabxananın daimi sakini “Cırtdanın poçt qutusuna atmaqla müsabiqənin iştirakçısı ola bilər. Hər iştirakçı müsabiqəyə bir məktub təqdim edə bilər. Məktubun həcmi bir səhifədən çox olmamalıdır. Bütün məktublar iştirakçının çox sevdiyi nağıl qəhrəmanına ünvanlanmalıdır.

   Müsabiqəyə yazılar yanvarın 22-dək göndərilə bilər. “Ən gözəl xətt sahibi” adını qazanan oxucuya kitabxananın nəşr etdirdiyiGöy qurşağı” jurnalı hədiyyə olunacaq.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.3.