Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin qalibi olub

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Ramazan Hüseynov beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb.

   Baş idarədən bildirilib ki, gənc istedadların beynəlxalq müsabiqəsi Çexiyanın paytaxtı Praqada keçirilib.

   Ramazan Hüseynovun müəllimi Xədicə Həmzəyevaya da diplom təqdim olunub

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.3.